- Ətraflı
- Baxış sayı: 3542
Azərbaycan Tibb Assosiasiyası (ATA) - həkimlərin maraq və hüquqlarının qorunmasına milli və beynəlxalq səviyyədə yardım edən, həkimlərin peşəkar bilikləri və vərdişlərini inkişaf etdirən, həkimləri elmi və ictimai fəaliyyətlərində dəstəkləyən, yüksək tibbi etik standartların qurulmasına və tətbiqinə yardım edən, həkimlər arasında qarşılıqlı işguzar əlaqələrin və səmimi əməkdaşlığın möhkəmlənməsinə çalışan, gənc həkimlərin , həkim tədqiqatçıların, rezidentlərin , təbib tələbələrin iqtisadi vəziyyətini yaxşılaşdıracaq hər bir ideyanı, təşəbbüsü dəstəkləyən, müdafiə edən və həyata keçirən müstəqil, ictimai, könüllü və peşəkar qeyri hökümət təşkilatıdır.
ATA Üzvləri üçün bölmə haqqında
ATA üzvləri üçün bölmə yalnız assosasiya üzvləri nəzərdə tutulub və onlar bu böməyə daxil ola bilərlər. Bölməyə üzlər şifrə və parolu yazmaqla daxil olur. Əgər Siz ATA üzvüsünüzsə UZVLƏR ÜÇÜN Bölməsinə daxil ol.
ATA –ya üzv olmanın üstünlüklərindən və ATA- nın təklif etdiyi xüsusi endirimlərdən yararlan! ATA programları və təklif etdiyi xidmətlər Sizin öz həkimlik fəaliyyətinizə daha çox vaxt, diqqət və eneji ayırmağınıza köməklik edəcək!
ATA-nın Nizamnaməsini qəbul edən Azərbaycanda və xaricdə fəaliyyət göstərən hər bir həkim və təbib tələbə, tibb müəssisəsi və onun kollektivləri, ixtisas uzrə cəmiyyətlər onun üzvü ola bilər.
Necə üzv olmaq olar:
1.ÜZV OL bölməsinə daxil olun.
2. ATA Nizamnaməsi və Etik Kodeksi ilə tanış olub və qəbul edirsinizsə ərizənizi yazın.
3. Birinci variant- Siz onlayn ərizə formasını doldurub göndərirsiniz. Onlayn ərizə formasını göndərildikdən üç gün müddətində Üzvlük Komitəsi Sizinlə əlaqə saxlayacaqdır.
4.İkinci variant- PDF formatda üzvlük Ərizə formasını çap edib doldura bilərsiniz. Çap olunmuş və doldurulmuş ərizə forması üzv tərəfindən ATA ofisinə təqdim edilməlidir. Üzvlük ərizə formasına üç gün müddətində Üzvlük Komitəsi tərəfindən baxılıb sizə məlumat veriləcək.
5. ATA Təbib Tələbə Böləmsinə üzv olmaq üçün ATATTB üzvlük ərizə formasını doldurun.
6.Üzvlüyə qəbul edildiyiz təsdiq edildikdən sonra 3 gün müddətində Üzvlük haqqı ödənilməlidir.
7. Üzvlük kartınız üzvlük haqqı ödənildikdə Sizə təqdim olunur.
Üzvlər üçün üstünlüklər:
Üzvlük üstünlükləri haqqında daha ətrahlı ÜZVLƏR ÜÇÜN bölmədə məlumat ala bilərsiniz.
ATA ya üzv olmaqla Siz hansı üstünlüklər əldə edəcəksiniz:
- Maraqlarınız və hüquqlarınız milli və beynəlxalq səviyyədə qorunacaqdır,
- Peşəkar fəaliyyətiniz və pasientlərinizin mənafeyi üçün vacib ideyaların həyata keçməsi üçün imkanlar əldə edəcəksiniz,
- Peşəkar fəliyyətinizlə bağlı tibb və səhiyyə yenilikləri ilə tanış olacaqsınız,
- Tibb sahəsində görkəmli mütəxəsislərdən faydalı məsləhətlər alacaqsınız,
- Nüfüzlü tibb mütəxəsislərin seminarlarında, treyninglərində iştirak edecəksiniz,
- Tibb sahəsinin bütün ixtisasları üzrə elmi diskussiyalarda iştirak etmək imkanı qazanacaqsınız,
- Keçirilən tədbirlərə və görüşlərə dəvət olunacaqsınız,
- Çap etdiyimiz kitab və jurnallardan faydalanacaqsınız,
- Həyata keçirilən milli və beynəlxalq layihələrimizdə iştirak edəcəksiniz,
- Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcəksiniz,
- İnternet saytımızın resurslarlndan istifadə edəcəksiniz,
- Üzvlər üçün bölmədən və üzvlər üçün xüsusi güzəşli endirimlərdən yararlanacaqsınız,
- Üzvlər arasındakı səmimi əməkdaşlıq mühitinin iştirakçısı olacaqsınız,
- Təşkilatlanmış təbabətdə öz töhvəni vermək imkanı qazanacaqsan
Sən də ÜZV OL !
QOY SƏNINLƏ AZƏRBAYCANIN SAĞLAM GƏLƏCƏYI MÖHKƏMLƏNSIN!
BIZƏ QOŞULUN! HƏMKARLARINIZI DƏVƏT EDİN!
Üzv olmanın üstünlüklərindən və ATA- nın təklif etdiyi xüsusi endirimlərdən, Sən də YARARLAN!