Ziyarətçi səhifəmizə xoş gəlmisiniz

  • Azərbaycan Tibb Assosiasiyasının yeni ziyarətçi səhifəsinə xoş gəlmisiniz.

    Azərbaycan Tibb Assosiasiyasının (ATA) Sizlərə təqdim etdiyi yeni dizaynlı www.azmed.az ziyarətçi səhifəsi, istifadə üçün asan, interaktiv və faydalı olacağını düşünürük. Məqsədimiz bu səhifə vasitəsi ilə üzvlərimizin sıralarında olmayan həkimlərə assosiasiya haqqında ümumi informasiya verməkdir.

    ATA həkimləri, rezidentləri və təbib tələbələri könüllülük əsasında birləşdirən müstəqil, ictimai, peşəkar qeyri-hökümət təşkilatıdır.

    Həkimlərin üzvlüyü əsasında fəaliyyət göstərən ən böyük təşkilat kimi ATA özünü həkimlərin maraqlarını təmsil etməyə, pasientlərə göstərilən xidmətin keyfiyyətini qorumağa həsr edir, və fəaliyyətdə olan peşəkarların həkimlərin döyünən ürəyi olmağa çalışır.
    Həkimlər ATA-ya üzv olmaqla assosiasiyanın ixtisas üzrə peşəkar dərnəklərinə yazılmaq hüququ əldə edir və dərnəklərin fəaliyyət sahələrini əhatə edən tədbirlərində iştirak etmək imkanı qazanır. Ən əsası həkim, üzv olmaqla təşkilatlanmış həkimlər ordusuna qoşulmuş olur. Təşkilatlanmış təbabət həkimlərin müstəqilliyini, hüquq və maraqlarını qorumaqla öz peşəkar problemlərini həll etmək üçün birlikdə çalışa biləcəyi doğru və ən sağlam seçimdir. Təşkilatın üzvləri assosiasiyanın resurs mənbəyi olan və tibbdə ən müasir məlumatlarla zəngin olan UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olmaqla resurslardan rahatlıqla istifadə edə biləcəklər.
    Hörmətli ziyarətçi, assosiasiayaya üzv olmaq istəyirsinizsə , ONLINE QEYDIYYAT bölməsinə və ya ÜZV OL bölməsinə daxil olun. Burada Siz ATA Nizamnaməsi Etik Kodeksi ilə tanış olduqdan sonra ərizə formasını doldurun. Sizin hər zaman arzu və istəklərinizi eşitmək bizə xoşdur. Eyni zamanda Sizlərdən təkliflər gözləyirik. Təklif və iradlarınız bizə bu səhifəni Sizlər üçün daha əhəmiyyətli və faydalı etməyə kömək edəcəkdir. Assosiasiyanın onlayn səhifəsini ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik.

     Bizə email yazın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    Bizə qoşulun! Həmkarlarınızı da dəvət edin!

    Online Ərizə Formasını doldurmaq üçün: ONLINE QEYDIYYAT

     Assosiasiya haqqında daha ətraflı məlumatlar almaq üçün UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olun.  Sizə uğurlar arzu edirik!
  • Azərbaycan Tibb Assosiasiyasi (ATA) könüllülük əsasında yaradılan müstəqil, peşəkar tibbi ictimai birlikdir. ATA qeyri-siyasi, qeyri-dini, qeyri-hökümət təşkilatı olub öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, İctimai Birliklər və Fondlar haqqında qanun, beynəlxalq hüquq normaları və öz Nizamnaməsi əsasında qurur.

    ATA 22 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

    ATA tibbdə bütün ixtisaslar üzrə fəaliyyət göstərən həkimləri, rezidentləri və təbib tələbələri könüllülük əsasında birləşdirən peşəkar ictimai təşkilatdır.

    ·  ATA üzv olan həkimləri təmsil edir və Azərbaycan vətəndaşlarının sağlamlığı naminə birlikdə çalışmasında üzvləri dəstəkləyir.

    ·  Azərbaycanda ən böyük peşəkar təşkilat olmaqla, biz üzvlərimizin maraqlarını qoruyur və eyni zamanda pasientlərə keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edirik.

    ·  ATA təşkilatlanmış təbabətə öz töhvəsini verən və peşəkarlıq fəaliyyətlərində aktiv olmaq istəyən 2000- dən artıq həkim və təbib tələbəni öz sıralarında birləşdirir.

    Azərbaycanda təbabətin və səhiyyənin inkişaf etdirilməsi, ATA-nın yarandığı gündən yeganə məqsədidir. 

    Beynəlxalq üvlük: Azərbaycan Tibb Assosiasiyası 2002 -ci ildən Dünya Tibb Assosiasiyasının tam hüquqlu üzvüdür. Dünya Tibb Assosiasiyasi

    Assosiasiya haqqında daha ətraflı məlumatlar almaq üçün UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olun.  Sizə uğurlar arzu edirik!

  • Azərbaycan Tibb Assosiasiyasının missiyası:
    Azərbaycanda həkimlərin maraq və hüquqlarının müdafiəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, tibbi təhsil, tibbi xidmət və tibbi etika standartlarının təkmilləşdirilməsinə, əhalinin sağlamlığının qorunmasının təşkilinə yardım etməkdir. 

    Assosiasiya haqqında daha ətraflı məlumatlar almaq üçün UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olun.  Sizə uğurlar arzu edirik!
  • Azərbaycan Tibb Assosiasiyasının məqsədləri:

    -          Üzvlərin və onların pasientlərinin ləyaqətini, hüquqlarını qorumaq;

    -          Üzvlərin müstəqilliyini və peşəkar maraqlarını qorumaq;

    -          Üzvlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək;

    -          Üzvlərin elmi və ictimai fəaliyyətlərini dəstəkləmək;

    -          Üzvlərin maraqlarını milli və beynəlxalq səviyyədə təmsil etmək;

    -          Davamlı tibbi təhsil proqramlarının hazırlanması və tətbiqinə köməklik göstərmək;

    -          Tibbi xidmət standartlarının təkmilləşməsinə köməklik göstərmək;

    -          Təbabətdə yüksək etik standartları və etik davranış qaydalarını inkişaf etdirmək;

    -          “Həkim Sağlamlığı” –nın qorunması istiqamətində programlar həyata keçirmək;

    -          Tibb ictimayətinin, həkimlərin nüfuzunun və rolunun möhkəmlənməsinə xidmət etmək;

    -          İxtisas üzrə mövcud peşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq etmək;

    -          Əhalinin tibbi maarifləndirilməsində iştirak etmək;

    -          Milli sağlamlıq layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;

    -          Dövlət qurumları,qeyri-hökumət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək;

    -          Dünya Tibb Assosiasiyasına və müvafiq beynəlxalq təşkilatlara üzv olmaq. 

    Assosiasiya haqqında daha ətraflı məlumatlar almaq üçün UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olun.  Sizə uğurlar arzu edirik!

  • Azərbaycan Tibb Assosiasiyası (ATA) müstəqil, ictimai, könüllü və peşəkar qeyri-hökümət təşkilatı olub fəaliyyətində əsas hədəfləri:
    -          həkimlərin maraq və hüquqlarının qorunmasina milli və beynəlxalq səviyyədə yardım etmək,
    -          həkimlərin peşəkar bilikləri və vərdişlərini təkmilləşdirmək,
    -          həkimlərə elmi və ictimai fəaliyyətlərində dəstək olmaq,
    -          tibbi peşəkar etik standartların qurulmasında və tətbiqində koməklik göstərmək,
    -          həkimlər arasında qarşılıqlı əlaqələrin və kolleqiallığın möhkəmlənməsinə çalışmaq,
    -          gənc həkimlərin , həkim tədqiqatçıların, rezidentlərin , təbib tələbələrin iqtisadi vəziyyətini yaxşılaşdıra biləcək istənilən ideyanı dəstəkləmək və həyata    keçirilməsinə yardım etməkdir.

    Azərbaycan tibb elminin dəyərli ənənələri və çox görkəmli alimləri vardır. Bu dəyərlərə ATA üzvləri həmişə dərin hörmətlə yanaşır.

    Tibb təhsili almış hər bir şəxs ATA NizamnaməsiniEtik Kodeksini qəbul etdikdən sonra assosasiyaya üzv ola bilər.


    İnaniriq ki, ATA Etik Kodeksi üvlərimizin peşəkar həkimlik fəaliyyətlərində çox faydalı bələdçi olub onlara bu şərəfli və məsuliyyətli sənətin çətin yollarında irəliləməyə uğur qazanmağa köməklik edəcəkdir.

    Assosiasiyaya üzvlük

    • ATA-ya üzvlük fərdi və kollektivdir.

    • ATA-nən Nizamnaməsini və Etik Kodeksini qəbul edən Azərbaycanda və xaricdə fəaliyyət göstərən hər bir həkim və təbib tələbə, tibb müəssisəsi və onun kollektivləri, ixtisas uzrə cəmiyyətlər onun üzvü ola bilər .
    - Assosiasiyaya üzv olmaq istəyən hər bir şəxs bu barədə ATA-nın sədrinin adına ərizə ilə (və ya onlayn ərizə ilə) müraciət etməlidir və üzvlük ərizə formasını doldurub üzvlük komitəsinə təqdim etməlidir(və ya e-poçtla göndərilməlidir).

    • Üzvlük kateqoriyaları:
    - Adi üzvlük;
    - Tələbə üzvlüyu
    - Fəxri üzvlük

    • Üzvlərin hüquqları:
    - Assosasiyanın Ümumi qurultayına nümayəndə seçilmək, səs vermək və rəhbər orqanlara seçilmək;
    - Assosasiyanın rəhbər orqanlarına məlumat, təklif, rəy və sorğularla müraciət etmək;
    - Nəzarət Təftiş komissiyası qarşısında hər hansı bir problemlə bağlı məsələ qaldırmaq;
    - Assosasiyanın təşkil etdiyi tədbirlərdə iştirak etmək

    • Üzvlərin vəzifələri:
    - Assosiasiyanın Nizamnaməsinə və Etik Kodeksinə və əxlaq normalarına əməl etmək;
    - Assosiasiyanın rəhbər orqnlarının qərarlarına tabe olmaq;
    - Öz fəaliyyəti ilə Assosiasiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsində fəal iştirak və köməklik etmək;
    - Öz fəaliyyəti haqqında, həmçinin verilmiş tapşırıqların yerinə yetirilməsi haqqında müntəzəm məlummat vermək;
    - Assosiasiyanın maddi-texniki və təşkilati məsələlərinin həllinə yaxından köməklik göstərmək;
    - Üzvlük haqqını ödəmək.

    • Üzvlükdən xaric edilmə:
    - Öz xahişi ilə;
    - Assosiasiyanın Nizamnaməsini və Etik Kodeksi pozduqda;
    - Üzvlük haqqını vaxtında ödəmədikdə;