- Ətraflı
- Baxış sayı: 4276
AZƏRBAYCAN TİBB ASSOSİASİYASI (ATA)
TƏBİB TƏLƏBƏ BÖLMƏSİ (TTB)
Haqqında:
ATA TTB 1999-cu ildə Azərbaycan Tibb Assosasiyasının təbib tələbə üzvləri tərəfindən yaradılmışdır.
2000-ci ildən TTB öz fəaliyyətini daxili təlimatlar əsasında nizamlayır. Yarandığı tarixdən təbib tələbə bölməsinin üzvləri assosiasiyanın ictimai fəaliyyətində yaxından iştirak edirlər. Bölmənin əsas fəaliyyəti təsis etdiyi mərkəzlər və elmi klublar tərəfindən həyata keçirilir.
Məqsədi:
Üzvlərin hüquq və maraqlarının qorunması
Üzvlərin tibbi təhsilinin təkmilləşdirilməsinə köməklik
Üzvlər arasında elmi fikir mübadiləsini təşkilinə köməklik
Üzvlərin elmi layihələrin hazırlanması və həyata keçirilməsinə köməklik
Üzvlərin milli və beynəlxalq elmi konfranslarda və seminarlarda iştirakına köməklik
Üzvlərin beynəlxalq təbib tələbə təşkilatları ilə əməkdaşlığının təşkili
Üzvlərin asudə vaxtlarının səmərəli keçirilməsinə köməklik
Fəaliyyəti :
Tibbi konfransların, seminarların, treyninqlərin və debatların təşkili
Elmi diskussiya klublarının təşkili
Elmi tibbi layihələrin hazırlanması və həyata keçirilməsinin təşkili
Xarici dillər üzrə (ingilis,alman,fransız) danışıq klublarının təşkili
Müasir tibbi kitabların, jurnalların əldə olunmasının təşkili
Müasir tibbi informasiya resurslarına çıxışın təşkili
Dil və komputer kurslarının təşkili
Liderlik və idarəetmə treyninqlərin təşkili
Üzvlük üstünlükləri:
ATA rəsmi saytında “ Yalnız TTB Üzvləri üçün” bölməsindən istifadə etmək
TTB tədbirləri haqqında mütəmadi məlumat almaq (həmçinin electron poçt vasitəsi ilə)
TTB-nin sosial saytlardakı rəsmi qrup səhifəsindən istifadə etmək
TTB elmi diskussiya klublarında iştirak etmək
TTB “Liderlik və idarəetmə” treyninqlərində iştirak etmək
TTB xarici dillər üzrə danışıq klublarında iştirak etmək (ingilis, alman, fransız dilləri üzrə)
TTB Xəbərlər Büllitenini əldə etmək (həmçinin electron poçt vasitəsi ilə)
TTB-nin “İbn Sina” Kitabxanasından istifadə etmək