- Ətraflı
- Baxış sayı: 5224
Azərbaycan Tibb Assosiasiyasının məqsədləri:
- Üzvlərin və onların pasientlərinin ləyaqətini, hüquqlarını qorumaq;
- Üzvlərin müstəqilliyini və peşəkar maraqlarını qorumaq;
- Üzvlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək;
- Üzvlərin elmi və ictimai fəaliyyətlərini dəstəkləmək;
- Üzvlərin maraqlarını milli və beynəlxalq səviyyədə təmsil etmək;
- Davamlı tibbi təhsil proqramlarının hazırlanması və tətbiqinə köməklik göstərmək;
- Tibbi xidmət standartlarının təkmilləşməsinə köməklik göstərmək;
- Təbabətdə yüksək etik standartları və etik davranış qaydalarını inkişaf etdirmək;
- “Həkim Sağlamlığı” –nın qorunması istiqamətində programlar həyata keçirmək;
- Tibb ictimayətinin, həkimlərin nüfuzunun və rolunun möhkəmlənməsinə xidmət etmək;
- İxtisas üzrə mövcud peşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq etmək;
- Əhalinin tibbi maarifləndirilməsində iştirak etmək;
- Milli sağlamlıq layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Dövlət qurumları,qeyri-hökumət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək;
- Dünya Tibb Assosiasiyasına və müvafiq beynəlxalq təşkilatlara üzv olmaq.
Assosiasiya haqqında daha ətraflı məlumatlar almaq üçün UZVLƏR ÜÇÜN BÖLMƏ – sinə daxil olun. Sizə uğurlar arzu edirik!